Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq"

Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq"
# 20 yanvar 2018 07:49 (UTC +04:00)

“Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır, lazımi texniki-təşkilatı işlər görülməkdədir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, agentlik yaxın aylarda fəaliyyətə başlayacaq: “Bəzi funksiyalar ki, əvvəllər bir sıra dövlət qurumları və nazirliklərdə icra olunurdu, həmin funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir və hesab edirəm ki, agentlik bir neçə ay ərzində fəaliyyətə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR