Tərtərdə əl qumbarası tapılıb

Tərtərdə əl qumbarası tapılıb
# 20 yanvar 2018 16:34 (UTC +04:00)

Yanvarın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonunun Ələsgərli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Əl qumbarası zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR