Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb
# 21 yanvar 2018 10:04 (UTC +04:00)

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Kilis rayonunun Gülbaba yaşayış məntəqəsi istiqamətindən Suriya sərhədini keçib.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR