Azərbaycan yığması Antalyada təlim-məşq toplanışı keçəcək

Azərbaycan yığması Antalyada təlim-məşq toplanışı keçəcək
# 07 fevral 2018 08:48 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının hazırlığına başlayacağı vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Faiq Qarayev komandanı apreldə bir araya gətirəcək.

Millimiz bu il Yaponiyada təşkil olunacaq mundial üçün təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçəcək. Aralıq dənizinin sahilində məskunlaşacaq millimizin qalacağı məkanı da artıq məlumdu. Bu, Boğazaq bələdiyyəsində yerləşən “Alva Donna Exclusive Hotel & Spa” otelidi.

Qeyd edək ki, bu ilin yanvarında Bakının “Neftçi” futbol komandası öz təlim-məşq toplanışı üçün məhz bu oteli seçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR