Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb - YENİLƏNİB-1

Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 11 fevral 2018 16:38 (UTC +04:00)

Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

Azərbaycan vətəndaşı N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiyada 3 illik yaşamaq icazəsi olan N. Qəhrəmanovun Orskda tikiş sexi olub.

***

saat 19.13

Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.

N. Qəhrəmanovun azərbaycanlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR