İTV-nin keçmiş aparıcısı vəfat edib

İTV-nin keçmiş aparıcısı vəfat edib
# 12 fevral 2018 09:12 (UTC +04:00)

Mərdəkan Mədəniyyət Mərkəzinin bədii rəhbəri və direktor müavini Kamran İsrafilov vəfat edib.

Bu barədə APA-ya Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib. K. İsrafilov fevralın 12-də səhər saatlarında beyninə qan sızma (insult) nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, 39 yaşlı K. İsrafilov bir müddət İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub. Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

O, "Əbədi ezamiyyət" sənədli filmində Əlimərdan bəy Topçubaşov obrazını da canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR