Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2018 08:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb, qeyd edilib ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 09.44

Prezident İlham Əliyev fevralın 13-də Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR