Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub

Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub
# 13 fevral 2018 09:31 (UTC +04:00)

Moskvada “Slavyanskiy bulvar” metrostansiyasının qarşısında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Moskovskiy Komsomolets” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşları Rusiyanın Kabarda-Balkar Respublikasından olan 36 yaşlı şübhəlini saxlayıblar.

Saxlanılan əvvəllər də məhkum olunub.

Qeyd edək ki, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qətli törədən törədən şəxs silahı hadisə yerində qoyaraq qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR