Tillerson: “IŞİD üzərində son qələbə hələ əldə olunmayıb”

Tillerson: “IŞİD üzərində son qələbə hələ əldə olunmayıb”
# 13 fevral 2018 09:42 (UTC +04:00)

“İŞİD-ə qarşı əsas hərbi əməliyyatların başa çatması hələ onlar üzərində son qələbə demək deyil”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O, Kuveytdə İŞİD-ə qarşı koalisiyanın toplantısında çıxış edib.

R. Tillerson bildirib ki, koalisiya qüvvələri Suriya və İraqda terrorçuların ələ keçirdikləri ərazilərin 98 faizində onları məğlub edib. Buna baxmayaraq, dövlət katibi son qələbənin hələ əldə olunmadığına inandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR