Azərbaycanın xalq artisti Kamil Vəzirov vəfat edib - YENİLƏNİB

Azərbaycanın xalq artisti Kamil Vəzirov vəfat edib - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2018 12:39 (UTC +04:00)

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək.

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

***

13.37

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

Bu barədə APA-ya məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov verib.

O bildirib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR