Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək
# 13 fevral 2018 10:53 (UTC +04:00)

Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov təhsil müəssisələrində Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrlə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına müvafiq olaraq ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR