ABŞ səfiri Kürdəmirə səfər edib

ABŞ səfiri Kürdəmirə səfər edib
# 13 fevral 2018 12:01 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonuna səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, səfir R. Sekuta və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 40 məcburi köçkün gənc üçün Karyera Gününün açılışını keçiriblər. Açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Sonra səfir Kürdəmir Amerika Mərkəzinə gedərək Karyera Gününün gənc iştirakçıları ilə bir araya gəlib. R. Sekuta çıxışında azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdikləri səylərin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliklərini vurğulayıb. O, 1991-ci ildən ABŞ-ın Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərdiyini və bunun 125 milyon dollarının məcburi köçkünlərə ayrıldığını söyləyib.

Daha sonra səfirlik Kürdəmir Amerika Mərkəzinə texnoloji avadanlıqlar hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR