Gürcüstanın xarici ticarət dövriyyəsi 20% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 20% artıb
# 13 fevral 2018 12:13 (UTC +04:00)

2018-ci ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 815,8 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 20,1% çoxdur.

Ötən ay qonşu ölkənin ixracı 25,7% artaraq 222,2 mln. dollar, idxalı isə 18,1% artaraq 593,6 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsiri 371,3 mln. dollar olmaqla ümumi dövriyyədə payı 45,5% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR