Ötən il Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb

Ötən il Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb
# 13 fevral 2018 12:27 (UTC +04:00)

"Azərbaycan Çinlə əlaqələrə böyük önəm verir və Azərbaycan nümayəndə heyətinin bu ölkə səfəri çox uğurlu olub".

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Trans-Xəzər dəhlizinin təşviqi Azərbaycan üçün prioritet məsələdir: "Tranzit potensialından istifadə etmək ölkə başçısının qoyduğu tapşırıq və həyata keçirtdiyi siyasətin əsas prioritetidir. Bu dəhlizin bir sıra üstün cəhətləri var. Azərbaycan siyasi baxımdan sabit ölkədir və biznes, eləcə də investorlar üçün çox mühüm ölkədir".

Nazir bildirib ki, bu dəhlizin üzərindən ən qısa müddətdə, 14 gün ərzində yükləri çatdırmaq mümkündür: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını yekunlaşdırıb. Bu da yüklərin Qara dənizə tez bir müddətdə çatdırılmasına imkan verir".

Nazir qeyd edib ki, ötən il ərzində Azərbaycan vasitəsilə ümumilikdə 10,4 mln. ton yük daşınıb ki, bu da daha əvvəlki illə müqayisədə 16% artım deməkdir: "Avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 14% artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR