Nazir: "Çindən Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı razılıq əldə olunub"

Nazir: "Çindən Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı razılıq əldə olunub"
# 13 fevral 2018 12:41 (UTC +04:00)

"Çindən Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı razılıq əldə olunub".

"APA-Economics"in məlumatına görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, tezliklə bununla bağlı memorandum imzalanacaq.

Nazir bildirib ki, hər il Çindən dünyanın müxtəlif yerlərinə 120 milyon nəfər turist gedir: "İnanırıq ki, bu memorandumdan sonra Azərbaycana Çindən gələn turistlərin sayı artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR