Azərbaycanda əlillərin sayı açıqlanıb

Azərbaycanda əlillərin sayı açıqlanıb
# 13 fevral 2018 14:10 (UTC +04:00)

Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var.

O bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: “Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR