ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir

ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir
# 13 fevral 2018 23:37 (UTC +04:00)

İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqresin Senatında dinləmələr zamanı ABŞ milli kəşfiyyat rəhbəri Deniel Kouts bildirib.

“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə hüdudlarından 2 min kilometrədək kənarda yerləşən hədəflərə zərbələr endirə bilər. Tehranın hərbi potensialı ABŞ-a, ölkənin bölgədəki qoşunlarına və müttəfiqlərinə təhlükə yaradır”, - deyə Deniel Kouts bildirib.

Onun sözlərinə görə, İran, ABŞ-ın bölgədəki hərbi obyektlərini nişangahda saxlamaq üçün silah sistemləri yaratmaqda və yeniləməkdə davam edir: “Həmin silahlar arasında pilotsuz uçan təyyarələr, ballistik raketlər, dəniz minaları, məsafədən idarə olunan minalanmış katerlər, müasir torpedalarla silahlanmış sualtı gəmilər, gəmi əleyhinə qanadlı raketlər və quru təyinatlı qanadlı raketlər var”.

“Rusiyanın 2016-cı ildə İrana “S-300” zenit-raket kompleksi tədarük etməsi bu ölkəni ən mükəmməl raketdən müdafiə sistemi ilə təmin edib”, - deyə Deniel Kouts bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR