Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB-2

Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 12 mart 2018 12:33 (UTC +04:00)
Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 50-yə nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” ordu Nepalda hərbi nümayəndəyə istinadən yazıb. Hadisə zamanı 20-yə yaxın şəxsin xilas edildiyi bildirilir.

***

15.25

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 38 nəfərə çatıb.

APA-nın “Associated press”ə istinadən verdiyi xəbərə görə, bu barədə polisi məlumat yayıb. Hadisə zamanı 23 nəfər xəsarət alıb. Daha 10 nəfərin taleyi məlum deyil.

***

14.58

Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

APA-nın TİA agentliyinə istinadən verdiyi xəbərə görə, müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.

Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.

***

13.44

Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.

APA-nın yerli “Kathmandu Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.

Nəticədə təyyarə yanmağa başlayıb.

Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Ölən və yaralananların olduğu ehtimal edilir.

Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib.

Onlardan 4-ü ekipaj üzvüdür.

Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq hava limanından bütün uçuşlar dayandırılıb.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

Hadisə yerində xilasedici qüvvələr işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR