ATƏT PA sədri: "İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır" - YENİLƏNİB

ATƏT PA sədri: "İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır" - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2018 09:46 (UTC +04:00)

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransın açılış hissəsi başa çatıb.

APA-nın xəbərinə görə, Monteneqro parlamentinin sədri, ölkənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri İvan Brajoviç çıxışında bildirib ki, bu gün heç bir ölkə dünyadan təcrid olunmuş formada yaşaya bilməz: “Təmsil etdiyim ölkə də yerləşdiyi regionun bir hissəsidir və Şərqlə Qərb arasında aparıcı rol oynayır. Bu gün bu konfransa toplaşan ölkələr də istər turizm, istər biznes, istər mədəni, istərsə də digər sferalarda əlaqələri gücləndirərək ümumdünya inkişafına ciddi töhfə verə bilərlər. Biz də Azərbaycan kimi bu əlaqələrin inkişafında maraqlıyıq, İpək Yolu bizim üçün də prioritetdir. Azərbaycan kimi Xəzər dənizinin sahilində olmasaq da, biz də Adriatik dənizi sahilindəyik. Bizim ölkələr kiçik olsa da, əhəmiyyəti böyükdür. Bilirsiniz, qızılın da ölçüsü balacadır, amma qiyməti çox böyükdür”.

Azərbaycanın xarici işlər naziri ELmar Məmmədyarov İ. Brajoviçin sonuncu fikirlərinə reaksiya verərək qeyd edib ki, Azərbaycan da kiçik ölkə olmasına baxmayaraq, qızıl qədər qiymətli əhəmiyyətə malikdir. E. Məmmədyarov daha sonra çıxışında Azərbaycanın son dövrlər qoşulduğu layihələrdən danışıb.

TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa Avrasiyada TRASECA-nın çox önəmli əməkdaşlıq imkanı yaratdığını söyləyib: “Bu məqsədlə biz keçən il İpək Yolunun Ticarət Palatası ilə Anlaşma Memorandumu imzaladıq. TRASECA İpək Yoluna Dəstək Qrupuna yüksək səviyyəli əməkdaşlıq təklif edirik. Biz hazırda Cənubi-Şərqi Asiya ölkələrinin bu təşəbbüsə qoşulmasında maraqlıyıq".

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, İpək Yoluna Dəstək Qrupu gələcəkdə TRASECA ilə konkret layihələrlə bağlı əməkdaşlıq etməlidir. O, İpək Yoluna Dəstək Qrupunun gələcəkdəki tədbirlərindən birini Çində keçirmək niyyətində olduğunu da nəzərə çatdırıb.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Çinin Azərbaycanın Avrasiyada geostrateji mövqeyini anladığını söyləyib. İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Filippo Lombardi ölkəsinin İpək Yoluna Dəstək Qrupunu tam dəstəkləməyə hazır olduğunu bəyan edib. F. Lombardi deyib ki, sülh və əməkdaşlıq yaratmaq üçün əlaqələr vacibdir: "Bu nəqliyyat bağlantısı yaradılırsa, biz gələcəkdə əməkdaşlığımızın daha da gücləndirilməsinə çalışacağıq. Əlaqə yollardan, körpülərdən, dəmir yollarından asılıdır. Biz Azərbaycanda sərbəst iqtisadi zonaların yaradılması layihələri barədə eşitmişik. Biz bir vahid körpü, bağlantı yaratmağa çalışmalıyıq və bunu qədim İpək Yolunu canlandırmaqla etməliyik. İpək Yolu vaxtilə mədəniyyətləri, xalqları birləşdirib”.

Uzun illər azad ticarət əlaqələrini dəstəkləyən ABŞ-ın indi fərqli yol seçməsini təhlükəli sayan ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü İsveçrənin əlaqələrin inkişafını dəstəklədiyini vurğulayıb: "Biz Bakı Bəyannaməsinə maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səylərin dəstəklənməsi barədə müddəa əlavə edilməsini təklif edirik. Bu, Yeni İpək Yolunda infrastrukturun qurulmasını dəstəkləmək üçün vacibdir”.

Bununla da konfransın açılış hissəsi başa çatıb.

***

11:32

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransı işini davam etdirir.

APA-nın məlumatına görə, ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli çıxışında bildirib ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çox ATƏT ölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib. O qeyd edib ki, iqtisadi əməkdaşlıq da ATƏT-in prioritetləri sırasındadır: "ATƏT və onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir. İpək Yolu ticarət yoludur. Mallar daşınır və satılır. Amma İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımdan əhəmiyyət kəsb edən şəhərlərdir. iqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanmasının qarşısını almalıyıq. Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqteyi-nəzərindən vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR