Səfir: “Şimal-Cənub dəhlizi Azərbaycan və Hindistan arasında bağlantı yaradacaq”

Səfir: “Şimal-Cənub dəhlizi Azərbaycan və Hindistan arasında bağlantı yaradacaq”
# 13 mart 2018 09:30 (UTC +04:00)

“Şimal-Cənub dəhlizi Hindistanı İran limanları, Rusiya və Şimali Avropa ölkələri ilə birləşdirəcək”.


APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.

”Bu vaxta qədər Azərbaycan və Hindistan arasında birbaşa fiziki bağlantı olmayıb. Bu baxımdan Şimal-Cənub dəhlizi əhəmiyyətlidir. Azərbaycan hökuməti ilə danışıqlar aparırıq. Azərbaycan hökumətinin də bu istiqamətdə gördüyü işlərdən məlumatımız var və yüksək qiymətləndiririk. Ümid edirəm ki, yaxın zamanlarda bu dəhliz vasitəsilə iki ölkə arasında yükdaşımalar asanlaşacaq”, - deyə o, bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR