Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub
# 13 mart 2018 10:21 (UTC +04:00)

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisindən keçən hissəsində avtomobil həmin kənd sakini, 1956-cı il təvəllüdlü Nəsrəddin Xəzərxan oğlu Sadıyevi vurub. N. Sadıyev xəsarət alıb.

O, ətrafdakıların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR