Şahin Mustafayev: "Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir"

Şahin Mustafayev: "Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir"
# 13 mart 2018 11:47 (UTC +04:00)

"Azərbaycan, İran və Rusiya birgə energetika dəhlizi yarada bilərlər".

APA-Enın Tehran bürosunun verdiyi xəbərə görə, bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hər üç ölkənin nümayəndələri danışıqlar aparır: "Biz İran ilə energetika sahəsində uğurla əməkdaşlıq edirik. Biz artıq ikitərəfli müstəvidən üçtərəfli müstəviyə keçirik".

Nazir qeyd edib ki, Azərbaycan İran ilə birlikdə Xəzər dənizdə birgə neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR