Çavuşoğlu: "Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir"

Çavuşoğlu: "Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir"
# 13 mart 2018 11:57 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-ya üzv olmayan ölkələrdən də silah almaq hüququnun olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada səfərdə olan M. Çavuşoğlu bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.

“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, - deyə M. Çavuşoğlu söyləyib.


Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqqında saziş imzalayıb. Bu isə ABŞ-ın və NATO-nun narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR