Suriyada döyüşən azərbaycanlıya hökm oxunub - YENİLƏNİB

Suriyada döyüşən azərbaycanlıya hökm oxunub - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2018 12:50 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilib.

***

15:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, H. Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib.

Radikal-dini ekstremist cinayətkar birliyin üzvü, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etdiyi bildirilən Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR