Bakı Nəqliyyat Agentliyi dayanacaqlara xəbərdarlıq elanları vurub

Bakı Nəqliyyat Agentliyi dayanacaqlara xəbərdarlıq elanları vurub
# 13 mart 2018 13:11 (UTC +04:00)

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.

Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, qanun qüvvəyə mindikdən dərhal sonra Bakı Nəqliyyat Agentliyində paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə görüş keçirilib. Sözügedən qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR