“Azərbaycan Dəmir Yolları”nın 5 illik biznes planı hökumətə təqdim edilib

“Azərbaycan Dəmir Yolları”nın 5 illik biznes planı hökumətə təqdim edilib
# 13 mart 2018 13:24 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımaların əhəmiyyətini çox yaxşı başa düşür".

APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.

H.Valehovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımalarının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər görür.

“Bu tədbirlərdən biri də bu il alınması nəzərdə tutulan konteynerlərdir. Bunun üçün artıq 2018-ci il dövlət büdcəsindən vəsait ayrılıb. Əsasən 4 böyük layihə həyata keçiririk. Bu layihələrdən birincisi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 illik biznes planının hazırlanmasıdır. Artıq bu plan hazırlanıb hökumətə təqdim edilib. Beynəlxalq maliyyə uçotu sistemi əsasında maliyyə idarəetmə sistemi yaradılıb və biz bunun istifadəsinə başlamışıq. Əsas vəsaitlərin idarə edilməsi üçün sistem yaradılıb. Asiya İnkişaf Bankı ilə birlikdə 23 institusional tədbirdən ibarət islahatlar paketi hazırlanıb və bu islahatlar paketinin birinci mərhələsi artıq başa çatdırılıb”, - deyə H.Valehov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR