Aİ nümayəndəsi: “Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var"

Aİ nümayəndəsi: “Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var"
# 13 mart 2018 14:10 (UTC +04:00)

"Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var. Bu, Avropa-Azərbaycan əlaqələrinin inkişafına yardım edir".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa İttifaqı Şurası sədrliyinin Bolqarıstana keçməsi ilə əlaqədar keçirilən beynəlxalq tədbirdə deyib.

K. Yankauskas Azərbaycanla imzalanacaq sazişlərin əlaqələrin inkişafına imkanlar yaradacağına ümidvar olduğunu bildirib: "Bu il Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasının 10 il ötür. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr qurmağa çalışırıq".

Diplomat qeyd edib ki, qurumun sədri olan Bolqarıstanın müəyyən etdiyi prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir: "Müəyyən problemlər olsa da, onları həll etməklə gələcəyə daha inamla addımlayırıq. Düşünürəm ki, Bolqarıstan bu 6 ay ərzində böyük işlər görəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR