Xaçmazda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələyib

Xaçmazda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələyib
# 14 mart 2018 07:35 (UTC +04:00)

Xaçmaz rayonunda 10 yaşlı uşaq ehtiyatsızlıqdan 13 yaşlı qardaşını güllələyib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, nəzarətsiz qalan 10 yaşlı oğlan ehtiyatsızlıqdan ov tüfəngi ilə qardaşını vurub.

Uşaq dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti yaxşıdır.

Fakt bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR