Probasiya xidmətinin şərti məhkum edilmiş şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair vəzifələri müəyyənləşib

Probasiya xidmətinin şərti məhkum edilmiş şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair vəzifələri müəyyənləşib
# 14 mart 2018 08:27 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Kollegiyası “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bu Təlimat şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının probasiya qurumları tərəfindən tətbiqi qaydalarını da müəyyənləşdirəcək.

Başqa sözlə, bu Təlimat üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları müəyyən edəcək. Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, yaxud həmin məhdudiyyətin götürülməsinə dair sənədlər aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Probasiya xidmətinə daxil olduqdan dərhal sonra rəhbərlik tərəfindən müvafiq dərkənarla elektron qaydada idarənin aidiyyəti işçilərinə göndəriləcək. Probasiya xidməti 24 saatdan gec olmayaraq Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırmanın götürülməsi barədə məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edəcək və bu barədə icra və ya probasiya qurumuna elektron vasitələrdən istifadə etməklə, o cümlədən elektron poçt vasitəsilə məlumat göndərəcək.

Probasiya xidmətinin rəisi isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi sahəsində işin vəziyyəti barədə rübdə Ədliyyə Nazirliyinin rəhbərliyinə məlumat verəcək. Bu şəxslər barədə məlumatlar “Elektron Hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq elektron xidmətlər portalında yerləşdiriləcək. Həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi qaydalarına düzgün əməl olunmasına nəzarət probasiya qurumunun rəhbəri, Probasiya xidmətinin rəisi tərəfindən həyata keçiriləcək. Şəxsin azadlığın məhdudlaşdırılması, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınacaq və probasiya üzrə təqdim olunacaq. Məlumat vərəqləri məhkuma münasibətdə Probasiya xidmətinə elektron qaydada (elektron poçt ünvanına) göndəriləcək və bunu təsdiq edən sənəd müvafiq icra icraatına əlavə ediləcək. İcra məmuru (probasiya üzrə), həmin məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini dərhal, qeyd olunan göstərişin surəti əlavə olunmaqla Probasiya xidmətinə göndərəcək. İcra məmuru (probasiya üzrə) məhkumun cəzasını çəkib qurtardıqdan, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilməsi barədə məhkəmənin qərarını aldıqdan sonra 24 saat müddətində onun üzərindən məhdudlaşdırmanın götürülməsi üçün probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş məlumat vərəqini robasiya xidmətinə göndərəcək. Məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqda da eyni qayda tətbiq olunacaq. Məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümümxalq hüzn günü qurtararsa, icra məmuru (probasiya üzrə) məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində təxirəsalınmadan tədbirlər görəcək. Məlumat vərəqləri borcluya münasibətdə İcra baş idarəsinə, məhkuma münasibətdə isə Probasiya xidmətinə elektron qaydada (elektron poçt ünvanına) göndəriləcək və bunu təsdiq edən sənəd müvafiq icra icraatına əlavə ediləcək.

Üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, yaxud həmin məhdudiyyətin götürülməsinə dair sənədlər aidiyyəti üzrə Probasiya xidmətinə daxil olduqdan dərhal sonra rəhbərlik tərəfindən müvafiq dərkənarla elektron qaydada idarənin aidiyyəti işçilərinə göndəriləcək. Probasiya xidməti 24 saatdan gec olmayaraq müvafiq məlumatların düzgünlüyünü yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə həmin sənədləri probasiya qurumuna qaytaracaq. Probasiya qurumu bu pozuntuları təxirəsalınmadan aradan qaldıraraq onları Probasiya xidmətinə göndərəcək. Probasiya xidməti həmin şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırmanın götürülməsi barədə məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edəcək və bu barədə probasiya qurumuna elektron vasitələrdən istifadə etməklə, o cümlədən elektron poçt vasitəsilə məlumat göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR