Xaçmazda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Xaçmazda avtomobil aşıb, iki nəfər xəsarət alıb
# 14 mart 2018 08:34 (UTC +04:00)

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı “Opel” markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticəsində iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR