Nazir müavini: "İndiyədək 5 mindən çox sahibkara lisenziya verilib"

Nazir müavini: "İndiyədək 5 mindən çox sahibkara lisenziya verilib"
# 14 mart 2018 09:21 (UTC +04:00)

"İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci ildən bu günə qədər 5 311 sahibkara lisenziya verilib".

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

S.Məmmədovun sözlərinə görə, bu lisenziyaların 51%-ni yeni lisenziyalar təşkil edir.

"Bundan başqa, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-ə, icazələrin sayı isə 330-dan 87-yə endirilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləği 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib",- deyə S.Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR