Bakıda qadını şantaj edərək pul alan şəxs tutulub

Bakıda qadını şantaj edərək pul alan şəxs tutulub
# 14 mart 2018 10:18 (UTC +04:00)

Bakıda qadını şantaj edərək pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z. Vəliyeva (ad-soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y. Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR