Çavuşoğlu Türkiyə-ABŞ danışıqları barədə Lavrovu məlumatlandırıb

Çavuşoğlu Türkiyə-ABŞ danışıqları barədə Lavrovu məlumatlandırıb
# 14 mart 2018 11:57 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ölkəsinin Suriya ilə bağlı ABŞ-la apardığı danışıqlar barədə rusiyalı həmkarını məlumatlandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Siz türkiyəli həmkarlarımızın Suriya münaqişəsi ilə bağlı amerikalılarla təmasları barədə soruşdunuz. Bəli, biz bu gün Türkiyə xarici işlər nazirindən bu barədə məlumat aldıq. Buna görə təşəkkürümüzü bildiririk. Onun da dediyi kimi, bütün məsələlər üzrə yüz faiz razı deyilik. Lakin fikir mübadiləsi səyləri koordinasiya etməyə və məqsədə çatmağa kömək edir", - deyə S. Lavrov jurnalistin sualına cavabında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR