Ağsuda ahıl qadın intihar edib

Ağsuda ahıl qadın intihar edib
# 17 mart 2018 10:08 (UTC +04:00)

Ağsu rayonunda ahıl qadın intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nüydü kəndində qeydə alınıb. Kənd sakini, 1936-ci il təvəllüdlü Bayramova Mənsurə yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR