Gəncədə avtomobil iki azyaşlını vurub - YENİLƏNİB

Gəncədə avtomobil iki azyaşlını vurub - <span style="color: red;">YENİLƏNİB
# 18 mart 2018 16:00 (UTC +04:00)

Bu gün Gəncədə Məhrasa bağı yaşayış massivində "VAZ 21015" markalı minik avtomobilinin vurduğu azyaşlıların şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Məryəm Hüseynova və 2011-ci il təvəllüdlü Mədinə Əlizadəni vurub.

Xəstəxanaya yerləşdirilən hər iki azyaşlının vəziyyətlərinin normal olduğu bildirilir.

***

saat 18.43

Bu gün Gəncədə iki azyaşlını maşın vurub.

APA-nın verdiyi məlumata görə, Məhrasa bağı yaşayış massivində baş verib.

Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yolu keçmək istəyən iki azyaşlını vurub.

Azyaşlılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR