“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb
# 19 mart 2018 11:21 (UTC +04:00)

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı (1/2018) nəşr olunub.

APA-nın xəbərinə görə, jurnalın bu sayında aşağıdakı materiallar əksini tapıb:

“Nobel kürsüsü” rubrikasında – Haynrix Bölün “Kişisiz ev” romanı;

“Yubiley” rubrikasında – Nizami Cəfərovun “Zakir Fəxrinin “mən”i” yazısı;

“XX əsrin klassikləri” rubrikasında – Luici Pirandellonun hekayələri;

“Gündəlik” rubrikasında – Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi;

“Çağdaş Avstraliya nəsri” rubrikasında – Alan Marşallın “Günortaüstü küçədə” və Piter Kauenin “Traktor” hekayələri;

“Rus poeziyası” rubrikasında – Semyon Kirsanovun şeirləri;

“Hekayə” rubrikasında – Elis Manronun “Nəsə başqa cür” hekayəsi;

“Esse” rubrikasında – Oktavio Pasın “Müqəddəslər günü, ölülər bayramı” essesi;

“Roman” rubrikasında – Tarey Vesosun “Buz qəsr” romanı;

“Korifeylər” rubrikasında – Pablo Nerudanın şeirləri;

“Teatr sənəti” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”;

“Unutsaq unudularıq - Mehdi Hüseynzadə-100” rubrikasında Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı;

“Absurd teatr” rubrikasında – Slavomir Mrojekin “Bir yay günü” pyesi və s...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR