Qazaxıstan Xoreoqrafiya Akademiyası Bakıda qala-konsertlə çıxış edəcək

Qazaxıstan Xoreoqrafiya Akademiyası Bakıda qala-konsertlə çıxış edəcək
# 29 mart 2018 13:36 (UTC +04:00)

Bu il Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illiyi çərçivəsində Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələri Bakıda qala-konsertlə çıxış edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası tərəfindən ilk qala-konsertə həsr edilmiş brifinqdə deyilib. Bildirilib ki, konsert proqramı çərçivəsində tələbələrin repertuarında klassik balet rəqsləri, müasir qazax xoreoqrafiyası, milli və xarici xoreoqrafların ifasında əsərlər nümayiş etdiriləcək.

Brifinqdə qeyd edilib ki, bu qala-konsert ilk dəfə keçirilir və konsertin Bakıda təşkil edilməsinə təsadüfi qərar verilməyib. Akademiya nümayəndəsi bildirib ki, Qazaxıstan və Azərbaycanı ortaq türk kökləri, ümumi mədəniyyət, ümumi mənəvi irs birləşdirir. Buna görə də Qazaxıstan və Azərbaycan hər iki xalqın və ölkənin xeyrinə tərəfdaşlıq və qarşılıqlı faydalı əlaqələri gücləndirməyə çalışır.

Qeyd edək ki, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası Mərkəzi Asiyadakı çoxsəviyyəli peşəkar xoreoqrafik təhsilin verildiyi ilk ali təhsil müəssisəsidir. İki il bundan əvvəl Akademiyanın formalaşması zamanı Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq sazişi imzalanıb.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR