Azərbaycanlı hakim avrokubokun final oyununu idarə edəcək

Azərbaycanlı hakim avrokubokun final oyununu idarə edəcək
# 29 mart 2018 13:33 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz CEV kubokunun final oyununu idarə edəcək.

Zülfüqarov Belqorodda kişi voleybolçular arasında baş tutacaq “Beleqorye” (Rusiya) – “Ziraat Bankası” (Türkiyə) matçında əsas hakim olacaq. Aprelin 3-nə təsadüf edəcək görüşdə ikinci referi funksiyasını bolqarıstanlı İvan Momirov yerinə yetirəcək.

Qeyd edək ki, CEV kubokunun finalı 2 qarşılaşmadan ibarətdi. Bu komandalar arasında cavab oyunu aprelin 10-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR