Azərbaycan işğal olunmuş ərazilərə turist səfərlərinin qarşısının alınması üçün səylərin artırılmasını istəyib

Azərbaycan işğal olunmuş ərazilərə turist səfərlərinin qarşısının alınması üçün səylərin artırılmasını istəyib
# 06 aprel 2018 13:49 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Polokilaşvilini qəbul edib

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə əlaqədar səfər etdiyini bildirən ÜTT baş katibi Azərbaycanda olmasından məmnunluğunu dilə gətirib. O, Azərbaycanda turizmin inkişafı üçün əlverişli imkanların və infrastrukturun olduğunu söyləyərək son dövrlər turistlərin sayında artımın bunun bariz nümunəsi olduğunu xüsusilə qeyd edib.

Söhbət zamanı regionda turizm marşrutlarının inkişaf etdirilməsi məsələsinə toxunulub və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin turizm axınına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

E. Məmmədyarov işğal olunmuş ərazilərin turizm məqsədilə təbliğatının aparılmasının ÜTT-nin müvafiq sənədlərində yolverilməz olduğunun əks edildiyini bildirərək Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə turist səfərlərinin təşkil edilməsi və həyata keçirilməsinin ÜTT-nin təməl prinsipləri ilə uzlaşmadığını xüsusilə vurğulayıb, bu kimi halların qarşısının alınması üçün səylərin artırılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR