Bakıda Azərbaycan-İspaniya ədəbi əlaqələri müzakirə olunub

Bakıda Azərbaycan-İspaniya ədəbi əlaqələri müzakirə olunub
# 13 aprel 2018 14:34 (UTC +04:00)

İspaniya Krallığının rəsmisi İqnasio Sançes Taboada Azərbaycan Tərcümə Mərkəzində olub.


APA-nın məlumatına görə, görüşdə Azərbaycan-İspaniya ədəbi əlaqələrinin inkişaf etdirilməsi yolları, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən-müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb.

Həmçinin artıq bir sıra dünya dillərinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniya nəşrinə dair məsələlər, həmçinin yaxın günlərdə işıq üzü görəcək, məşhur ispan yazıçısı Kamilo Xose Selanın kitabı ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR