Liviya Milli Ordusunun nümayəndəsi Xəlifə Xaftarın ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Liviya Milli Ordusunun nümayəndəsi Xəlifə Xaftarın ölüm xəbərini təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 13 aprel 2018 21:08 (UTC +04:00)

Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar sağdır.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Liviya Milli Ordusunun Əhməd əl-Mismari bildirib.

“Komandan Xəlifə Xaftar sağdır. Tezliklə bunu öz gözlərinizlə görəcəksiniz”, deyə ordu nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Liviya və Fransa KİV-ləri 76-yaşlı X.Xaftarın Paris xəstəxanalarının birində vəfat etməsi barədə məlumatlar yayımlayıb.

***

22:24

Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Parisdə vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Liviya KİV-ləri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl insult keçirən 76 yaşlı X.Xaftar Paris xəstəxanalarının birinə yerləşdirilib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Ötən il tərəflər 2018-ci ildə Liviyada prezident seçkilərinin keçiriləcəyinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR