Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
# 14 aprel 2018 02:23 (UTC +04:00)

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, yanvarın əvvəlində Misir prezidenti tərəfindən analoji fərman imzalanmışdı.

Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR