Azərbaycanlı finalçılar “Sinemanın kral və kraliçası” seçilə bilməyiblər

Azərbaycanlı finalçılar “Sinemanın kral və kraliçası” seçilə bilməyiblər
# 14 aprel 2018 17:29 (UTC +04:00)

İstanbulda keçirilən Türkiyənin məhşur “Sinemanın kral və kraliçası” layihəsinin 2018-ci il üzrə finalçıları bəlli olub.

APA-nın məlumatına görə, tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi, 18 yaşlı Can Altıntaş “Kral”, 20 yaşlı Aslı Can isə “Kraliça” adını qazanıb. Azərbaycanı müsabiqədə təmsil edən Pərvin Həsənzadə və Pərviz Musayev yer tuta bilməyiblər. Hər iki gənc digər finalçılarla birgə düşərgədə qaldıqları müddətdə Ayça Kurudan imic, zəriflik, yerimək-durmaq dərsləri aldıqlarını, rejissor Avni Kütükoğlundan aktyor və aktrisalığın sirrlərini öyrəndiklərini və tamaşalarda fəal iştirak etdiklərini bldiriblər.

“Sinemanın Kral və kraliçası” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Əyyubqızının sözlərinə görə, baxmayaraq ki, azərbaycanlı finalçılar yer tutmadılar, bu müsabiqə onlar üçün bir təcrübə oldu: “İnşallah, biz növbəti yarışlara daha ciddi hazırlaşacağıq. Güman edirəm ki, biz gənclər növbəti illərdə “Sinemanın kral və kraliçası” seçiləcəklər".

Xatırladaq ki, bu ilin yanvar ayının 21-də Bakıda keçirilən seçimlərdə 1-ci yeri tutan Səhər Əkbər və 2-ci yerin qalibi Nərmin Seyidova qaydalara əməl etmədikləri üçün müsabiqədən kənarlaşdırılıblar. “Miss Fashion”da iştirak etmək üçün seçilən Pərvin Həsənzadə və Bakı üzrə müsabiqənin 1-cisi Pərviz Musayevlə birgə Azərbaycanı təmsil edib.

Ötən əsrin 70-ci illərinin “Səs” və “Həyat” jurnalları tərəfindən təşkil edilən, Yeşilçama bir çox aktyor və aktrisa qazandıran “Artist müsabiqəsi” bu gün “Sinemanın kral və kraliçası" adı altında iki ildir həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR