Malidə BMT sülhməramlılarının bazasına hücum olub

Malidə BMT sülhməramlılarının bazasına hücum olub
# 15 aprel 2018 17:43 (UTC +04:00)

Bu gün Malidə silahlılar BMT sülhməramlılarının bazasına hücum edib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır.

"Reuters" agentliyi isə Mali hakimiyyətinə istinadən silahlıların Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR