Yaşlı qadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Yaşlı qadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 16 aprel 2018 14:37 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Füzulidə yaşlı qadını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qətldə təqsirləndirilən Yaqub Abbasovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin iyun ayında Füzuli rayonunun Babı kəndində həmin kəndin sakini, 78 yaşlı Lyuba Babeyavanın meyiti qonşuları tərəfindən evindә aşkarlanıb.

Hadisә yerinә gәlәn hüquq-mühafizә orqanlarının əməkdaşları isti izlәrlә cinayәti törәtmәkdә şübhәli bilinәn Sumqayıt şәhәr sakini, 25 yaşlı Abbasov Yaqub Vahid oğlunu saxlayıblar.

Kәndә әmisigilə qonaq gedən Y. Abbasovun gecә saatlarında tәnha qadını yaşadığı evdә başından küt alәtlә vurub öldürdüyü məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Abbasov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4, 149.2.5, 157.1, 180.2.3 maddələri ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR