Tanzaniyada güclü yağış 9 nəfərin ölümünə səbəb olub

Tanzaniyada güclü yağış 9 nəfərin ölümünə səbəb olub
# 16 aprel 2018 23:50 (UTC +04:00)

Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.

Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur. Tanzaniyada leysan yağışlar üçüncü sutkadır ki, fasiləsiz olaraq davam edir.

Məlumata görə, bölgədə bir çox yaşayış evləri yararsız hala düşüb, nəqliyyat vasitələri və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR