İpoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdirilir

İpoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdirilir
# 17 aprel 2018 06:43 (UTC +04:00)

Bu ilin aprelin 19-da Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 20 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 30 mart 2018-ci il tarixində qeydə alınıb.

Emissiyanın ümumi həcmi 80 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR