Macarıstan yığması Bakıya gəlir

Macarıstan yığması Bakıya gəlir
# 17 aprel 2018 09:08 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızın bu qarşılaşması iyunun 8-də keçiriləcək. Oyun Bakıda baş tutacaq.

Qeyd edək ki, millimiz bundan 4 gün əvvəl - iyunun 4-də Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR