Bu il “AccessBank” nizamnamə kapitalını artıracaq

Bu il “AccessBank” nizamnamə kapitalını artıracaq
# 17 aprel 2018 10:33 (UTC +04:00)

“2018-ci ildə “AccessBank” kapitalını artıracaq”.

APA-Economics” xəbər verir ki, bunu Bakıda “AccessBank”ın İdarə Heyəti sədrinin I müavini Anar Həsənov deyib.

Onun sözlərinə görə, sonuncu devalvasiyadan sonra 2017-ci ildə dollar kreditləri ilə bağlı ehtiyatlar kapitala təsir edib. “Ötən il səhmdarlar tərəfindən iki dəfə kapital artımı baş tutub. Bu onu göstərir ki, səhmdarların banka etimadı böyükdür və onlar banka lazımi dəstəyi göstərdilər. Hazırda bankda növbəti kapital artımı üzrə işlər gedir,” – deyə A. Həsənov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR