"ABŞ 60 min PYD/YPG terrorçusunu şimali Suriyaya gətirmək istəyir. Kimi gətirirsiniz gətirin, bu bölgədə sabitliyi saxlayacaq Türkiyə və Azad Suriya Ordusu var”.
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə Suriya siyasətini aktivləşdirərək həm sahədə, həm də masada söz sahibi olacaq: “Türkiyə Suriyada mütləq kiminsə yanında, kiminsə qarşısında deyil. Biz Suriyada suriyalı qardaşlarımızın maraqlarını müdafiə edirik. Bunun üçün harada kiminlə birgə hərəkət etmək lazımdırsa, hərəkət edirik”.
Fransa prezidenti Emmanuel Makronun Suriyaya ABŞ və Böyük Britaniya ilə birgə hava zərbəsinin nəticəsində Türkiyə ilə Rusiyanın yollarını ayırması barədə bəyanatına toxunan R. T. Ərdoğan Türkiyənin öz yolu ilə getdiyini vurğulayıb.
Ərdoğan: “Türkiyə Suriyada kiminsə yanında, kiminsə qarşısında deyil"
17 aprel 2018 11:45 (UTC +04:00)
Avropa
Britaniya İranın PUA sənayesinə yeni sanksiyalar tətbiq edib
19:37
25 aprel 2024
Kobaxidze və Orban Gürcüstanın Aİ-yə inteqrasiyasını müzakirə ediblər
19:14
25 aprel 2024
NATO Moldova MN-ə 700 min avroluq hərbi tibbi avadanlıq tədarük edib
18:59
25 aprel 2024
Almaniya səfiri Çin XİN-ə çağırılıb
17:39
25 aprel 2024